(012) 565 1 565

Yaxın zamanlarda sizi Neptun mağazalar şəbəkəsinin yeni internet saytının açılışı gözləyir!

28 yanvar, 2011

www.neptun.az ünvanında olacaq saytda siz,  bizim xidmətlər haqqında ən yeni və dəqiq məlumatlar əldə etməklə yanaşı , müştərimizin verdiyi sualları və onlara cavabları tapmaq, geniş mal çeşidi ilə tanış olmaq, rəy və təkliflərinizi irəli sürmək, aktual olan endirim və aksiyalar barəsində müxtəlif məlumatlar əldə etmə imkanına malik olacaqsınız.
«Neptun» - Sizin ailəvi  supermarketinizdir. Biz elə bir mağazalar yaradırıq ki, özümüzün də orada alış-veriş etmək həvəs və istəyimiz olsun. Müvafiq geniş mal çeşidinin olmasına böyük diqqət yetiririk. Çörək, ət, pendir, meyvə, tərəvəz, sok, balıq, dəniz məhsulları, zeytun, şərab, çay, şokolad, konyak- bunlar hamısı hər zaman təzə, yüksək keyfiyyətli, ətirli, təravətli, şirəli və zərif olmalıdılar. Biz həmçinin alış-veriş zamanı müvafiq dizayn və peşakar işçilər tərəfindən yaradılan dostluq mühitin olmasının nə qədər vacib olduğunu bilirik. Çünki bizim üçün  ən vacib  olan -  alış-verişin həzzidir.
Biz ümid edirik ki, bu sayt sizdə yalnız müsbət hisslər yaradacaq və hər zaman sizi həm supermarketin özündə, həm də saytımızın səhifələrində görməyə şad olacayıq!