(012) 565 1 565

Beko "StiWa" Testinin qalibi oldu.

16 aprel, 2011

Stiftung Warentest 1964- cü ildə Federal Almaniya hökuməti tərəfindən qurulmuş, müstəqil test və araşdırma inistutudur. Hər növ məhsul və servis üçün müqayisəli və tərəfsiz test edərək, nəticələri aylıq olaraq yayımlanan “Test” dərgisi ilə istehlakçı kütləsinə təklif edir. Növbəti dəfə bu inistutda aparılan araşdırma nəticəsində 11 qabyuyan maşın çeşidli xüsusiyyətlərə görə müqayisə etdiyi testlərdə Beko DSN 6634 FX qabyuyan maşını; keyfiyyət, ekoloji təsirlər və istifadə rahatlığı kateqoriyalarında rəqiblərini geridə qoyaraq “Test qalibi oldu”. Aparılan müqayisə analizləri nəticəsində, “2.2”- “Yaxşı”ilə, dəyərləndirmədəki ən yaxşı qiyməti alaraq, Arçelik A.Ş., Beko markası ilə beynəlxalq sferadakı uğurlarına bir yenisini daha əlavə etmiş oldu. Beko DSN 6634 FX qabyuyan maşını aparılan dəyərləndirmədə, 13 personluq tutumlu yüksək təmizləmə performansı, çox az enerji və su sərfi , həmçinin  aşağı səs səviyyəsi ilə istehlakçıya təklif etdiyi yüksək keyfiyyət, təhlükəsizlik səviyyəsi və istifadə rahatlığı kimi üstün özəllikləri ilə test qalibinə layiq görüldü.