(012) 565 1 565

Beko və Blomberg Böyük Britaniyada 2011-ci ilin Get Connected Product adını aldılar

24 may, 2011

 

Böyük Britanyanın aylıq aparıcı “Get Connected” jurnalı Beko və Blombergi 2 kateqoriyada 2011-ci ilin Get Connected Product adı ilə təltif etdi. Blomberg həmçinin kommersiya təkliflərinə görə müstəqil pərakəndə ticarətdə “Special Awards Category” ilə mükafatlandırıldı. Arçelikin aparıcı brendləri Beko və Blomberg Böyük Britanyanın pərakəndə ticarətçiləri tərəfindən oxunan ən məşhur elektrotexnika məhsulları sənayesi jurnalı “Get Connected” tərəfindən 2011-ci ilin Get Connected Product mükafatına layiq görüldü. 
Oxuyucuların və müstəqil qrupun qiymətləndirilmələrinə əsaslanaraq Beko 4 qapılı soyuducusu soyuducu kateqoriyasında  və Beko OİM22500 PX isə özünü təmizləmə funksiyalı quraşdırılan sobası isə kulinariya kateqoriyasında “Get Connected Produduct” ilə təltif olundu. Beko və Blombergin qalibiyyəti bir çox brendləri geridə qoydu. Qalib gəlmiş Beko və Blomberg məhsulları reklamlarda, promo aksiyalarda, istehlak və ticarət məlumat vasitələrində  Get Connected Product 2011 logotipi ilə təsvir olunması mümkündür.