(012) 565 1 565

Soliton - “İlin mağazalar Şəbəkəsi”

01 noyabr, 2011

Oktyabr ayının 28-də “Buta Palace” sarayında biznes sahəsində «İlin şirkəti-2011» Milli mükafatının laureatlarının 6-cı təltifetmə mərasimi keçirildi. Mərasimi təşkilat komitəsinin sədri İbrahim Baharov açıq elan etdi. 2011-ci ilin nəticəsinə görə mükafatın laureatları bu il ərzində böyük müvəffəqiyyətlər qazanan ən dinamik 32 brend və kompaniya oldu.
Mükafatlandıranlar sırasında “İlin mağazalar Şəbəkəsi” seçilən Soliton da oldu. Bu nüfuzlu mükafat ölkəmizin iqtisadiyyatının inkişafı və güclənməsində, investisiyaların cəlb edilməsində və  yeni iş yerlərin açılmasında bizim də əməyimizin tanınması sayılır. Eyni zamanda bu böyük uğur Solitonu dəstəkləyən və Solitona güvənən hər kəsin uğurudur.
Xatırladaq ki, Soliton Mağazalar Şəbəkəsi 2000-ci ildə məişət texnikasının və elektronikanın satışı, quraşdırılması və texniki xidməti sahəsində ixtisaslaşaraq fəaliyyətə başlamışdır. İlk mağazasını 28 may metrosu yaxınlığında açaraq zaman keçdikcə şəhərimizin hər bölgəsində 20 Yanvar, Memar Əcəmi, Elmlər Akademiyası, Xalqlar Dostluğu və digər metro stansiyaları yaxınlığında fəaliyyət göstərməyə başladı. Bununla bərabər qısa zaman ərzində Şirvan, Mingəçevir, Şəki, Gəncə, Cəlilabad və Yevlax kimi şəhərlərdə yeni mağazalar açılaraq mağazaların sayı artırıldı. Mağazalar şəbəkəsi Beko, Blomberg, Grundig, Casper, General Electric və digər dünya markalarının Azərbaycanda satışı və servisini təşkil edir. Soliton Mağazalar Şəbəkəsi artan tələbat və uğurlu satışlar ilə əlaqədar gələcəkdə model sırasının genişlənməsini, xidmət sisteminin artırılmasını və yeni mağazaların açılmasını planlaşdırır.

Soliton Evinizə yaxın olaq.