(012) 565 1 565

Kürdəmir şəhərində "Soliton"-un açılışı.

15 noyabr, 2011

Ölkəmizin hər bölgəsində fəaliyyətdə olan “Soliton” mağazalarının 2011-ci ildə növbəti açılışı 12 oktyabr tarixdə Kürdəmir şəhərində oldu. Heydər Əliyev prospektində yerləşən bu mağazada hər zaman olduğu kimi öndə gedən Beko , Blomberg , Grundig, General Electric və digər məişət texnikası və elektonika brendlərinin geniş seçimi alıcılara təqdim olunur. Məişət texnikasından savayı artıq “Soliton” mağazasında Nokia, Samsung, BlackBerry, HTC və LG markalarının mobil telefonlarını və hər evdə lazımlı olan televizor və audio sistemlər üçün altlıqlar, dayaqlar və kronşteynlər əldə etmək imkanı yaradılıb. Alıcıların rahatlığı üçün mağazada kreditlə alışın sənədləşdirilməsi xidməti təşkil olunub. Eyni zamanda alınan məhsulların çatdırılması və quraşdırılması da şirkət tərəfindən pulsuz həyata keçirilir. Mağazada göstərilən yüksək xidmət səviyyəsi isə satıcı ilə alıcı arasında rahatlıq və şəffaflıq yaradır