(012) 565 1 565

Soliton-Gəncə mağazasının ildönümü mərasimi baş tutdu.

13 iyul, 2012

İyulun 10-u Gəncə şəhərindəki Soliton mağazasının uğurlu fəaliyyətinin 1 ilinin tamam olması təntənəli şəkildə qeyd olundu.
Mağazanın 1 ilinin tamam olması münasibətilə müştərilər üçün geniş imkanlar yaradılmışdı. Bu xüsusi gündə Soliton ad gününün əsas hədiyyə bağışlama ənənəsini sizin üçün dəyişdi. Bu dəfə hədiyyələr müştərilərin oldu. Belə ki, yalnız 1 gün məişət texnikası və elektronika məhsullarını tək şəxsiyyət vəsiqəsilə faizsiz kreditlə əldə etmək fürsəti yaradılmışdı. Həmçinin bu sevicli gündə hədiyyələrlə dolu 1 yaşlı mağazanın dəyərli müştəriləri müxtəlif hədiyyəli və endirimli kampaniyalardan da yararlana imkanını əldə etdilər.

Soliton-Gəncə mağazasının ilk ildönümü sevincini onunla bərabər paylaşan hər kəsə təşəkkür edirik.