(012) 565 1 565

"SOLİTON-MÜHƏNDİSLİK" Showroomu-nun Açılış Mərasimi!

09 aprel, 2013

Aprelin 5-də "Soliton-Mühəndislik - İsitmə, Soyutma və Havalandırma" showroomunun möhtəşəm açılış mərasimi keçirildi. 100-ə yaxın qonağın dəvət olunduğu açılış mərasimi əvvəlcə, “Qafqaz Baku City Hotel & Residences” otelində təşkil edilən konfransla başladı. 2 saat davam edən konfransda qonaqlar mühəndislik sahəsi ilə bağlı fikirlərini bölüşdülər.
Mərasimdə Azərbaycanda bir çox şirkətlərin rəhbərləri, eyni zamanda, Türkiyədən Arçelik şirkətinin İqlimləndirmə və Enerji-Satış rəhbəri Bahadır Kocaaslan da iştirak edirdi.
"Soliton-Mühəndislik - İsitmə, Soyutma və Havalandırma" showroom-unda - VRS3, VRS3 R, VRS Mini Ace, VRS Space, VRS Water Ace , VRS Multi WR kimi xarici bloklar, həmçinin ART COOL, Divar tipli, Konsol tipli, Kaset tipli, Kanallı gizli tavan tipli, 100% təzə havalı, Yer-tavan tipli, Tavan tipli, Yer tipli daxili blok növləri təqdim olunub.