(012) 565 1 565

Soliton-İmişli mağazasının açılışı!

29 noyabr, 2013
28 noyabr tarixində İmişli şəhərində yeni Soliton mağazasının təmtəraqlı açılış mərasimi keçirildi. İmişli şəhəri, Heydər Əliyev prospekti 111 ünvanında yerləşən mağaza müştərilərin böyük marağı ilə qarşılandı. Geniş və səliqəli məkanı, zəngin məhsul və marka çeşidi, təcrübəli personalı ilə mağaza alıcıların istifadəsinə verildi. Digər Soliton mağazalarında olduğu  kimi, burada da dünyanın məşhur brendlərindən olan Blomberg, Beko, Grundig, General Electric, Casper, Brother, Air-Ties və s. markalı  böyük və kiçik məişət texnikası, mətbəx avadanlıqları, elektronika məhsulları, audio sistemlər, həmçinin iPhone, Nokia, Samsung, BlackBerry və digər markalı mobil telefonlar daxildir.

Soliton-İmişli mağazasının açılışı münasibətilə bütün məhsullara endirimlər edildi və tək şəxsiyyət vəsiqəsilə faizisiz kredit imkanı yaradıldı.