(012) 565 1 565

"BEKO" Beynəlxalq İFA Sərgisində!

23 sentyabr, 2014

"Change For Better"

Dünyanın ən böyük elektron və elekrtik əşyaları sərgisi adını alan İFA Sərgisində Beko da iştirak etmişdir. Beko çox geniş bir coğrafiyada fərqli alıcıların ehtiyaclarını qarşılayan və gündəlik həyatın keyfiyyətini artıran qlobal bir istehsalçıdır. Beko yeni logosu ilə hər zaman daha yaxşıya nail olmaq üçün  dəyişməyə, lider olmağa davam edən bir Markadır. Bu il baş tutmuş İFA sərgisində “Inspired by Nature” - sloqani ilə ağıllı, modern və ev işlərini rahat həyata keçirə bilən məhsullarını təqdim etdi. Bir il əvvəlki iştirakına nisbətən daha böyük, görünüşlü bir dizayn ilə öz stand sahəsində -  “Inspired by Nature”  adı altında gigiyena, qida saxlama, bişirmə, yuma və qurutma texnikasına aid olan məhsullarını iştirakçılar tərəfindən maraqla qarşılandı.  Beko həmişə insanların dəyişən ehtiyyaclarını və həyat tərzlərini  nəzərə alaraq onlar üçün ən yaxşı məhsullar istehsal etməyə çalışır. Hər zaman yenilikçilik anlayışı, yüksək keyfiyyəti, modern dizaynı, istifadə asanlığı və güclü satış sonrası xidmət xidmətləri sayəsində hər keçən gün daha da güclənir.

Bekonun təqdim etdiyi iki qat daha çox soyudan NeoFrost ™ texnologiyasına, 30 günə qədər təzəlik təmin Everfresh +® bölməsinə aid olan soyuducular,

20 ° C daha mükəmməl gigiyena və 70% enerji qənaəti təmin edən CoolHygiene®  bölməsinə aid olan paltaryuyan maşınlar,

Auto GlassShield® bölməsinə aid olan qabyuyan maşınları və modern dizaynlı aksesuarlarıyla qüsursuz bişirmə zövqü verən bişirici cihazları ilə iştirakçıların maraq dairəsində olmuşdur.