(012) 565 1 565

Soliton Mühəndislik Baku Build 2015 Sərgisində!

22 oktyabr, 2015

2015-ci il, 21-24 oktyabrda Bakıda keçirilən 20-ci yubiley Baku Build 2015 sərgisi öz qapılarını ziyarətçilərinin üzünə açdı. Sərgi bazarda yeniliklərin tətbiqi və yeni investisiyaların cəlb edilməsi ilə yerli şirkətlərin stimullaşdırılması baxımında əhəmiyyət kəsb edir. “BakuBuild” sərgisi ilə paralel 8-ci Beynəlxalq “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpa olunan enerji” (“Aqua-Therm Baku 2015”) sərgiləri də keçirilmişdir.

Bu il “Aqua-Therm Baku” sərgisində çıxış edən ölkələr arasında Azərbaycan da yer alırdı. “Soliton Mühəndislik” də eksponentlərin əsas tərkibinə olanlardan biri idi.

Soliton LTD-nin Soliton Mühəndislik departamenti sərgidə Multizonal VRS sistemləri, Su soyutmalı sistemlər, Mərkəzi İdarəetmə sistemləri, Kanal tipli kondisionerlər kimi məişət və senayə tipli avadanlıqların, həmçinin VRS4 texnologiyasının təqdimatı oldu. Bundan əlavə, elektrik enerjisinə maksimum qənaət, -20°C temperaturda işləmə qabiliyyəti olan texnologiyalar, VRS3, VRS3 R, VRS Mini Ace, VRS Space, VRS Water Ace, VRS Multi WR kimi xarici bloklar da sərgilənmişdir.