(012) 565 1 565

Yeni Neptun Hipermarket!

02 iyul, 2016

Neptun Hipermarket

Neptun Supermarketlər şəbəkəsi daha böyük uğurlardan birinə imza atır. Tezliklə, ən böyük Neptun Hipermarketi fəaliyyətə başlayır. 4500 kv.m satış sahəsinə malik Neptun Hipermarket genişliyi, rahatlığı və məhsul çeşidliliyi ilə müştərilərinin istifadəsinə veriləcək. Şəbəkənin yeni ünvanı Xırdalan-Binəqədi şosesində yerləşir.

Yeni açılacaq Neptun Hipermarketdə yüksək keyfiyyətli məhsul müxtəlifliyi – meyvə, tərəvəz, halal kəsimli ət və toyuq məhsulları, süd məhsulları, pəhriz məhsulları, çörək, şirniyyatlar, bundan əlavə məişət-təsərrüfat malları, kiçik ev elektronikası, qab-qacaq, yataq dəstləri və s. müştərilərə təqdim ediləcək. Burada siz 20 mindən çox məhsul çeşidini endirimli qiymətlərlə əldə etmək imkanı qazanacaqsınız. Əsas prinsipi sağlam qidaya üstünlük olan Neptun Supermarketlər Şəbəkəsi müştəriləri üçün  sağlam, keyfiyyətli, müasir, güvənilir və ekonomik xidmət göstərməyə çalışır.

Neptun Hipermarket həm yerli həmdə xarici məhsulların satışını həyata keçirəcək. Burada keyfiyyəti, ekoloji təmiz tərkibi, saxlanma müddəti və s. ilə seçilən Almaniya və digər Avropa məhsulları yer alacaqdır.

Bura, tələbələr, ailələr və hər kəs üçün uyğun  alış-veriş mərkəzi olacaq. Yeni açılacaq Neptun Hipermarketdə balacaları da unutmamışıq. Belə ki, yaradılan “Uşaq əyləncə” bölməsində uşaqlarınız üçün müasir avadanlıqlarla təchiz olunmuş geniş oyun məkanı onlara əsl əyləncə olacaq. Beləliklə, həm uşaqlarınız, həm də ailəniz üçün yeni əyləncəli və rahat alış-veriş məkanınız olacaq.

Soliton

Soliton mağazalar şəbəkəsinin daha yeni bir ünvanı Hipermarket daxilində olacaq.

Eviniz üçün lazim olan hər bir məişət avadanlığı və elektronika məhsullarınıda Neptun Hypermarketdə yerləşən Soliton mağazasından əldə edə biləcəksiniz. Digər Soliton mağazalarında  olduğu kimi burada da Beko, Blomberg, Grunding, LG, Casper, Brother, Toshiba, Dell, Acer, Fujitsu, Samsung, Apple, Fly kimi dünyanın məşhur brendlərinin elektronika məhsulları, mətbəx avadanlıqları, audio sistemlər və s. geniş məhsul çeşidləri həm nağd, həm də kreditlə satışı həyata keçiriləcək.

Ünvan: Xırdalan - Binəqədi şosesi, Respublika Dövlət Yol Polisi idarəsinin yanı

Telefon: 180