“Soliton Group” şirkəti 1992-ci ildə yaradılmışdır. O, elektronika və məişət texnikası bazarında öndə gedən şirkətlərdən biri hesab olunur. Şirkətin əsas prinsipləri irəlidə gedən dünya markalarının Azərbaycana gətirilməsi, satışı və servis xidmətidir. 2002-ci ildən “Soliton Group” şirkəti Avropanın ən böyük ikinci bəyaz əşya istehsalçısı olan Beko markasının rəsmi distribüteri olaraq fəaliyyət göstərir.
2002-ci ildən “Soliton Group” şirkətləri siyahısına daxil olan “Soliton Service”, hər bir texniki problemdə sizə köməklik göstərməyə hazır olan təcrübəli mütəxəssislər və konsultantlar komandasıdır. “Soliton Service” şirkəti sizləri çatdırılma, təmir və quraşdırma xidmətləri ilə təmin edir. 2003-cü ildə “Soliton Group”-a məxsus Neptun Supermarketlər şəbəkəsi fəaliyyətə başladı.Neptun Supermarketlər Şəbəkəsi həm yerli həmdə xarici məhsulların satışını həyata keçirir. Əsas prinsipi sağlam qidaya üstünlük olan Neptun Supermarketlər şəbəkəsi optimal şəraitdə saxlanılan məhsullarla artıq 10 ildən çoxdur ki, geniş alıcı kütləsinin inamını qazanıb.
2005-ci ildə “Soliton Group” şirkəti Azərbaycanda Blomberg brendinin eksklüziv distribyuteri kimi fəaliyyətə başlayıb. Blomberg-məişət texnikasının istehsalı sahəsində innovasiya texnologiyalarının işlənib hazırlanaraq tətbiq olunduğu “premium” səviyyəli məişət texnikasının ticarət markasıdır. 2004-cü ildə bu ticarət nişanı ilə, ayrıca quraşdırılan texnikanın yeni istehsal xətti beynəlxalq bazara çıxardılıb. O vaxtdan etibarən Blomberg məhsulları texniki standartlara müvafiqliyinə və mükəmməl tərtibatına görə mükafatlara layiq görülüb.
“Soliton Group” şirkəti 2005-ci ildə sənaye və ticarət avadanlıqlarının qablaşdırılması və çəkisi üzrə aparıcı şirkət, əsası 1934-cü ildə qoyulmuş “DIGI Group”-un rəsmi distribütoru oldu. 2008 və 2009-cu illərdə Türkiyənin məşhur markaları olan Karaca və Casper-lə əməkdaşlığa başlandı.
“Soliton Group” şirkəti 2006-ci ildən səs və görüntü sistemləri sektorunun qabaqcıl markalarından olan Grundig-in rəsmi distribütoru oldu. Grundig istehsalçılarının böyük səyləri nəticəsində bu marka dünyada elektrotexnika və rəqəmsal texnologiya istehsal edən firmaların liderləri sırasına daxil olmuşdur. Kompaniyanın əsas məqsədi alıcılarının tələblərini və maraqlarını daima qarşılamaqdır.
Distribütorluq fəaliyyətini genişləndirən “Soliton Group” şirkəti 2010-cu ilə məişət məhsulları istehsalı üzrə dünyaca məşhur Amerika markası “Black and Decker” və ofis və məişət məhsulları sahəsində ixtisaslaşmış “Brother” yapon markasının eksklüziv distribütoru oldu. Məişət məhsullarından başqa, “Soliton Group” şirkəti öz distribütorluq siyahısına dünyada məşhur mebel markalarından biri olan fransız mebel markası “Gautier”-i daxil etdi. Ofis və ev mebeli sahəsində ixtisaslaşmış fransız mebel şirkəti artıq 50 ildir ki, dünyanın hər yerində geniş alıcı kütləsinin inamını qazanıb. 2013-cü ildə isə “Soliton Group” Lacor ispan brendinin eksklüziv distribütoru oldu. Lacor yalnız məişət üçün yox, həm də peşəkar istifadəyə uyğun geniş məhsul müxtəlifliyi təklif edir.
Supermarketçilikdəki fəaliyyətini uğurla davam etdirən Soliton ailəsi 2016-ci ilin aprel ayında Azərbaycanda özünün və respublikada ən böyük 4500 kv.m satış sahəsinə malik, 20.000-dən çox məhsul çeşidliliyi, kafesi, apteki və 500-dən çox avtomobil üçün dayanacaq yeri, içərisində fəaliyyət göstərən Soliton mağazası ilə seçilən Neptun Hipermarketi öz müştərilərinin istifadəsinə verdi.
2015-ci ilin oktyabr ayında Soliton Group yeni “Soliton Mebel” mağazasını açaraq daha yeni bir uğuruna imzasını atdı. Türk markaları Area, Sofanni, Medmo və Fransız markaları Gami və Gautier kimi məşhur brendlərin mebel dəstlərinin satışı nağd və kreditlə həyata keçirən Soliton mebel ilk mağazasını Asif Məhərrəmov küçəsi 20C (Memar Əcəmi metrosu yaxınlığı) ünvanında açdı.
Mebel sektorunda da irəliləmək və bu sektoru genişləndirmək üçün Soliton Group 2015-ci ildən Turkiyədə artıq 40 ildən çox fəaliyyət göstərən və keyfiyyət, dizayn baxımından öndə gedən makalardan olan Kilim mebelin distribyutorluğunu aldı. Azərbaycanda 10 ildən çox fəaliyyət göstərən Kilim mebel qısa zaman ərzində Bakı şəhərinin 4 ayrı-ayrı hissəsində mağazalarını müştərilərinin istifadəsinə verdi.
2017-ci ildən isə Türkiyənin mebel sektorunda əsas markalardan biri kimi tanınan "Mondi" markasının rəsmi distribyutorluğunu aldı. Hal-hazırda həm paytaxt Bakıda, həm də bölgələrimizdə fəaliyyət göstərən mebel mağazalarımızda Mondi məhsullarınında satışı həyata keçirlir.
Fəaliyyəti boyu “Soliton Group” şirkəti operativ və keyfiyyətli xidmət göstərməkdə olan geniş diler şəbəkəsini yaradıb. Şirkətin geniş diler şəbəkəsi Azərbaycanın bütün bölgələrini əhatə edir. Nəticədə bütün bunlar şirkətin elektronika və məişət texnikası bazarında öndə olduğuna dair bir sübutdur. Müştərilərə müasir tələblərə cavab verən və işlərinizi asanlaşdıran məişət və elektronika məhsullarını təklif etməklə bərabər, şirkət onlara yeni servis xidmətlərinin göstərilməsi üçün daim araşdırmalar və tədqiqatlar aparmaqdadır.
Şirkətin əsas strategiyası yeni dünya markalarını Azərbaycan bazarlarına çıxarmaq, həmçinin satış və xidmət sahəsində birinciliyi əldə edib, müştərilərlə uzun müddətli əlaqələr qurmaqdır.