(012) 565 1 565

Türkiyənin məşhur kompüter markası CASPER artıq Azərbaycanda

26 dekabr, 2009

Bu ildən etibarən Soliton Group şirkəti Casper markasının eksklüziv distribüteri olaraq fəaliyyət göstərəcək. Casper, 3 idealist kompüter mühəndisi tərəfindən 1991-ci ildə İstanbulda yaradılıb. Bugün bütün Türkiyəyə yayılmış 65 Casper Store və 1200 dən artıq satış və servis nöqtəsi xidmət göstərməkdədir. Casper, Türkiyənin Best Brands 2008 adlı təqdimatda kompyuter kateqoriyasında ən güclü marka seçilərək, dünya markalarını geridə qoyub. Casperin ən önəmli uğurlarından biri, 6 ildir üst üstə aldığı “Ən yaxşı Yerli Pc istehsalçısı” mükafatı olmuşdur. Microsoft tərəfindən verilən bu mükafat, Casperin PC istehsalçısı olaraq göstərdiyi uğurun göstəricisidir. Casper hər il aldığı mənalı mükafatlarına yeni birini də aprel 2008 də əlavə edərək, bu mükafatla notebook arenasındakı uğurunu da təsdiqlədi. Casperin Avropa və Şərqdəki istehsal müəsisələri , saatda 600, gündə 5 min, ayda 100 min, ildə bir milyon, kompüter istehsal edir. Yarandığı gündən bu günə kimi ən önəmli birinciliyi keyfiyyət olan Casper, istehsal keyfiyyəti və texniki servis xidmətlərində gündən günə dünya standartlarına uyğunlaşır. Daha ətraflı məlumat www.casper.com.tr saytında ala bilersiniz.