Blomberg cəmi 6 lt su sərfi və “A” sinfinə nisbətən 30% daha az enerji sərfi ilə işləyən “MaxiGreen” qabyuyan maşınını dünyaya təqdim etdi.
Blomberg qabyuyan maşını qabaqcıl texnologiyalardan biri -“eco6L” ilə təchiz olunub, hansı ki, minimum enerji və su sərfini təmin edir. Bu da ətraf-mühiti və təbii resursları qoruyub saxlayır. MaxiGreen” GSN 9583 XB630 xüsusi aluminasiya ТМ - aluminium örtüklə izolyasiya olunub ki, su isindiyi zaman istiliyin itirilməsinin qarşısı alınsın. Bu iki funksiyanın – aluminasiya və su üçün gizli rezervuarın birləşməsi , enerjinin “A” sinfinə nisbətən 30% daha az sərf olunmasına zəmanət verir.
Həmçinin o, “eco6l” proqramı sayəsində cəmi 6 lt su sərf edir. O, optimal proqramın köməyi ilə əldə olunmuş əlavə gücün təmin olunması üçün hazrlanıb. 2 qat filtr sistemi axrıncı yuma dövrü zamanı tədricən suyu təmizləyərək 2 lt suya qənaət edir. Proqram optimallaşdırılması, “Eco6l” və 2 qat filtr sistemi ilə birlikdə dünyanın suya qənaətli proqramını hazırlamaqla 13 personluq qab dəstini cəmi 6 lt su ilə yuyur.
Blomberg markasının başlıca məsələlərindən biri energetik aspektlər ilə harmoniyada olmaq və təbii resursları qoruyub saxlamaqdır. Bütün bunlarla yanaşı Blomberg yeni məhsullar istehsal etməklə öz istehlakçılarına harmonik təkliflər verməkdə davam edir. Blomberg texnologiyası ilə öz şəxsi harmonik dünyanızı kəşf edin.