(012) 565 1 565

Daha bir Soliton mağazasının Yevlax şəhərində açılışı.

14 iyun, 2011

İyun ayının 10-u Yevlax şəhəri, Qamboy Quliyev küç.10 ünvanında “Soliton” məişət texnikası və elektronikası mağazasının açılışı baş tutdu. Həmin gün açılışla əlaqədar olaraq müxtəlif aksiyalar, hədiyyə kampaniyaları keçirilmiş, hər bir alıcıya istənilən məhsulu 10 % endirimli qiymətə almaq imkanı yaradılmışdır. Bu mağaza xüsusi ilə sərfəli qiymət və geniş modellər seçimi ilə fərqlənir. Buradan quraşdırılan və solo məişət texnikası, kompüterlər və orqtexnika, televizorlar və ev kinoteatrları, foto  və videokameraları, telefon və faksları, həmçinin ev və mətbəx üçün kiçik avadanlıqları əldə etmək olar. Mağazanın daxili mühiti müştərilərdə rahatlıq və səmimilik hissləri yaradır, mükəmməl işıqlandırma sistemi isə ətrafı daha şəffaf və aydın edir. Təlim almış satış üzrə mütəxəssislər malın seçimində istədiyiniz zaman Sizə köməklik göstərməyə hazırdırlar.
“Soliton” mağazalar şəbəkəsi Azərbaycanda olan məişət texnikası və elektronikanın böyük pərakəndə satış şəbəkələrindən biridir. Hal-hazırda şəbəkəyə ölkəmizin 6 şəhər və rayonunda 12  fəaliyyət göstərən mağaza daxildir. Yaxın zamanlarda daha bir neçə mağazanın açılışı gözlənilir.