(012) 565 1 565

Soliton mağazasının Gəncə açılışı

12 iyul, 2011

10 iyul 2011 il tarixində Gəncə şəhərində BEKO, BLOMBERG, GRUNDIG, CASPER, BROTHER və s. brendlərinin rəsmi və eksklüziv v distribütoru olan “Soliton” elektronika və məişət texnikası mağazasının açılışı oldu. Mağaza, Gəncə şəhəri, Müseyib Bağırov küçəsi, Ticarət Mərkəzi ünvanında yerləşir. 
Bizim strateqiyamız çərçivəsində məişət texnikası və elektronikanı insanlara daha əlverişli şərtlərlə təklif edirik. Artıq Gəncə sakinlərinin tələbatlarına cavab verən lazımlı bir məhsulun əldə edilməsi üçün şəhərin kənarına çıxmağa ehtiyac qalmadı. 
Mağazanın assortimentinə 10 mindən çox məhsul daxildir: kiçik və böyük məişət texnikası, kompüter avadanlıqları və proqram təminatı, televizorlar, ev kinoteatrları, foto-və videotexnika, telefonlar, CD, DVD və MP3 pleyerlər, aksessuarlar, ofis texnikası və s.
Alıcıların rahatlığı üçün mağazada bir sıra əlavə xidmətlər təşkil olunub: kreditlə alışın sənədləşdirilməsi, çatdırılma və quraşdırılma. Təcrübəli və ixtisaslı satış məsləhətçlərimiz isə Sizə lazım olan texnikanın seçimində köməklik edəcəklər.
Tel: (+994 22) 67 04 48