(012) 565 1 565

8 apreldə Yeni Günəşli qəsəbəsində Beko mağazasının açılışı baş tutdu.

08 aprel, 2012

Aprelin 8-i Yeni Günəşli qəsəbəsi, “Günəş” Ticarət Mərkəzində növbəti Beko mağazasının açılışı keçirildi. Bu təntənəli açılış mərasimi əhalinin böyük marağı ilə müşahidə olundu.  
Mağazada Beko markası ilə yanaşı Blomberg, Grunding, General Electric, Casper, Brother kimi dünyanın məşhur brendlərinin də geniş məhsul çeşidi müştərilərə təqdim olunub. Yeni Beko mağazasında kiçik və böyük məişət texnikası, kompüter, televizor, audio sistem, foto və videokamera, mobil telefonlar və s. kimi məhsulların həm nəğd, həm də kreditlə satışı həyata keçirilir.
Beko mağazasında açılış münasibətilə endirimlər və hədiyyə kampaniyaları keçirilib, həmçinin hər kəsə mobil telefon nömrəsi hədiyyə edilib.Yalnız Yeni Günəşli sakinləri üçün tək şəxsiyyət vəsiqəsilə kredit imkanı yaradılıb.