(012) 565 1 565

Soliton Mağazalar Şəbəkəsi 14 apreldə daha bir mağazasını Tovuz şəhərində ictimaiyyətə təqdim etdi.

14 aprel, 2012

Müvəffəqiyyətli və keyfiyyətli xidmət anlayışı ilə 15 ildir fəaliyyətini davam etdirən Soliton Mağazalar Şəbəkəsi 14 apreldə daha bir mağazasını Tovuz şəhərində ictimaiyyətə təqdim etdi. Əhalinin hər təbəqəsinin böyük marağı ilə qarşılanan açılış mərasimi ilə əlaqədar olaraq faizsiz kredit, endirim və hədiyyə kampaniyaları keçirildi. Mağazada geniş alış-veriş məkanı, səliqəli, təmiz görünüşü, kassaları və personalı ilə müştərilərin rahatlığı üçün hər bir şərait yaradılıb. Musa Musayev küçəsində (Polis şöbəsi ilə üzbəüz) yerləşən mağazada Blomberg, Beko, Grunding, General Electric, Casper, Brother  kimi məşhur brendlərin məhsulları, həmçinin Nokia, Samsung, BlackBerry mobil telefonları da təqdim olunub. Hər evin, hər kəsin ehtiyacı olan texnologiyaya, hər cibə uyğun fürsətlərlə sahib olunması üçün mağazada həm nəğd, həm də kreditlə satış həyata keçirilir.
Gələcəkdə də sizin dəstəyinizlə səs gətirəcək daha bir çox müvəffəqiyyətin altına imza atacağımıza dair inancımız sonsuzdur .