Soliton 15 illik yubileyini qeyd etdi.
Dünya brendlərinin keyfiyyətli texnikasını Azərbaycana gətirən Soliton “15 il sizinlə” şüarı altında yubileyini qeyd etdi. Yubiley tədbiri sentyabr ayının 27-i “JW Marriott Absheron Baku” hotelində Soliton Group ailəsinin geniş kollektivi və çoxsaylı qonaqları ilə möhtəşəm bir ziyafətlə qeyd edildi.
Mərasimdə Soliton Group-un 15 illik tarixini əks etdirən qısa film nümayiş olundu. Beləliklə də tədbirin hər bir iştirakçısı Solitonun keçdiyi yolu və bu yolda hər bir sahədə atdığı addımları ilə tanış oldu. Nümayişdə 1997-ci ildə Naxçıvanda başlayan bu böyük uğurun qısa tarixçəsi əsaslı şəkildə öz əksini tapdı. Şirkətin fəaliyyət tarixi əks edilərkən hal-hazırda Soliton ailəsinin Soliton Group olaraq Soliton LTD və Soliton İCT şirkətləri vasitəsilə 40-a yaxın Soliton və Soliton Computers&Electronics mağazalar şəbəkəsi və toplam 100-dən çox satış və servis nöqtəsilə, Neptun MMC şirkəti olaraq hər biri 1000-dən 2000 kv.m-dək sahəyə malik 8 qida Supermarketləri, 3 böyük mebel mağazası ilə Azərbaycanda, çox geniş satış şəbəkəsi ilə BƏƏ (Dubay) və İran İslam Respublikasında biznes fəaliyyətini uğurla davam etdirdiyi bildirildi. Həmçinin şirkətin Beko, Blomberg, Grundig, Casper, Brother, AirTies, Digi, Logo, Karaca, Gautier və s. dünya markalarının Azərbaycanda, eyni zamanda BƏƏ (Dubay) və İran İslam Respublikasında isə Beko markasının eksklüziv distribüteri olduğu xüsusilə qeyd edildi.
Soliton ailəsi 15 illlik fəaliyyəti ərzində qazandığı uğurların sevincini əməkdaşlıq etdiyi şirkətlərin nümayəndələri və yaxın dostları ilə birlikdə paylaşdı. Şirkətin təsisçilərinin çıxışlarında bildirildi ki, bu uğurun əldə edilməsində hər bir əməkdaşın rolu olub. Bu səbəbdən hər bir əməkdaş xüsusi xatirə hədiyyələri ilə də təltif olundu. Əlavə olaraq, “10 İLDƏN ARTIQ FƏALİYYƏTƏ GÖRƏ”, “DAİMİ FƏALLIQ VƏ TƏŞƏBBÜSKARLIĞA GÖRƏ”, “UZUNMÜDDƏTLİ VƏ SAĞLAM ƏMƏKDAŞLIĞA GÖRƏ” nominasiyalarına uyğun olaraq bir çox əməkdaş dəyərli hədiyyə və mükafatlarla təltif olundular. Həmçinin şirkətin inkişafında daim dəstək olan şəxslərə və şirkətlərə də xatirə hədiyyəsi verildi.
Bu gün həm də onun üçün əlamətdardır ki, şirkətin ən uğurlu əməkdaşlığından biri olan Soliton-Beko əməkdaşlığının 10 illiyi tamam olur. Beko-nun Mərkəzi və Orta Asiya, Afrika və Qafqaz ölkələri üzrə satış direktoru Murat Büyükerk də öz növbəsində Soliton-Beko əməkdaşlığını yüksək qiymətləndirdi.
Dəvətliləri salamlayan Soliton şirkətinin təsisçiləri qazanılan uğurun böyük kollektivin zəhməti, əzmi, birgə əməkdaşlığı və ən əsası bizi güvənərək seçən dəyərli müştərilərin inamı sayəsində olduğunu qeyd etdilər.
Soliton Group olaraq sizin ciddi dəstəyinizlə daha bir çox uğura imza atacağımıza dair inancımız sonsuzdur. Hər kəsi Soliton ailəsinin 15 illik yubileyi münasibətilə təbrik edirik !