(012) 565 1 565

Sumqayıt şəhərində daha bir Soliton mağazasının açılışı baş tutdu.

24 noyabr, 2012

Soliton Mağazalar Şəbəkəsi  məişət texnikası və elektronikanın satışı sahəsindəki  fəaliyyətini davam etdirir. Noyabrın 23-ü  Sumqayıt şəhərində baş tutan açılış mərasimində ictimaiyyətin sıxlığı müşahidə edildi.
Açılış günü münasibətilə müxtəlif hədiyyələr və endirim kampaniyaları keçirildi, həmçinin faizsiz kredit imkanı da yaradıldı. Sumqayıt şəhəri, 3 mkr., Sülh küçəsində yerləşən yeni mağazamızda Blomberg, Beko, Grunding, General Electric, Casper, Brother kimi  dünyanın məşhur brendlərinin geniş məhsul çeşidi müştərilərə təqdim olunub. Əhalinin hər təbəqəsi nəzərə alınaraq "Soliton" mağazasında kiçik və böyük məişət texnikası, kompüter, televizor, audio sistem, foto və videokamera, mobil telefonlar və s. kimi məhsulların həm nağd, həm də kreditlə satışı həyata keçirilir.