(012) 565 1 565

2013-cü ilin ilk mağazası Qax şəhərində açıldı!

28 yanvar, 2013

Soliton Mağazalar Şəbəkəsi Azərbaycanın hər bir bölgəsində sizə daha yaxın olmaq üçün açılışlar reallaşdırmağa davam edir. 2013-cü ilin ilk mağazasının açılışı isə Qax şəhərində həyata keçirildi. 
Açılış günü münasibətilə müxtəlif hədiyyələr və endirim kampaniyaları keçirildi. Yeni mağazamızda Blomberg, Beko, Grunding, General Electric, Casper, Brother kimi  dünyanın məşhur brendlərinin geniş məhsul çeşidi müştərilərə təqdim olunub. Mağazada kiçik və böyük məişət texnikası, kompüter, televizor, audio sistem, foto və videokamera, mobil telefonlar və s. kimi məhsulların həm nağd, həm də 18 ayadək kreditlə satışı da həyata keçirilir. Çatdırılma və quraşdırılma şirkət tərəfindən pulsuz olaraq həyata keçirilir.