Neptun öz çalışanları üçün öyrətmə təlimlərini təşkil etmişdir.
5-12 fevral 2013-cü il tarixində Neptun Supermarketlər Şəbəkəsi tərəfindən əməkdaşlar üçün “Pərakəndəçilik və Merçendayzinq” mövzusunda təlim keçirildi. Bu təlimin keçirilməsi üçün Türkiyədən işini mükəmməl şəkildə bilən “Emre” şirkətinin baş direktoru Tuğrul Ünlü dəvət edilmişdi. Əsas məqsəd isə işçilərin peşakarlıq səviyyəsini artırmaqla yanaşı, onları daha da artıq nailiyyətlərə motivasiyası etmək idi.
Bu təlim rəqabətli bazarda işin xüsusiyyətlərinin anlaşılmasına və satıcılarda vacib peşakar cəhətlərin inkişafına imkan yaratdı. Təlim zamanı iştirakçıların xüsusi fəallıq və marağı ilə qarşılanan mağazada müştəri ilə yaşana biləcək müxtəlif vəziyyətlər üçün praktiki təcrübələr keçirildi. Təlimçi Tuğrul bəy isə bu tip hallarda necə davranılması gərəkdiyini izah etdi.
Həmçinin qeyd etmək lazımdır ki, supermarketlər şəbəkəsi müntəzəm olaraq öz çalışanları üçün öyrədici təlimlər keçirir. Təlimlər isə işçilərə daim imkanları peşakar surətdə genişləndirmək, xüsusi praktik tapşırıqların köməkliyi ilə lazımı təcrübə və bacarıqları məşq edib, ticarət sahəsində çalışmanın bütün incəliklərini öyrənmək fürsəti yaradır.