(012) 565 1 565

Yeni Soliton-Xırdalan mağazasının açılışı!

07 mart, 2013

Bu gün Xırdalan şəhərində yeni Soliton mağazasının təmtəraqlı açılış mərasimi keçirildi. Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən mağaza müştərilərin böyük marağı ilə qarşılandı. Geniş və səliqəli məkanı, zəngin məhsul və marka çeşidi, təcrübəli personalı ilə mağaza alıcıların istifadəsinə verildi. 30-dan çox Soliton mağazasında olduğu  kimi, burada da dünyanın məşhur brendlərindən olan Blomberg, Beko, Grundig, General Electric, Casper, Brother, Air-Ties və s. markalı  böyük və kiçik məişət texnikası, mətbəx avadanlıqları, elektronika məhsulları, audio sistemlər, həmçinin Nokia, Samsung, BlackBerry və digər markalı mobil telefonlar daxildir.
Soliton-Xırdalan mağazasının açılışı münasibətilə bütün məhsullara endirimlər edildi və tək şəxsiyyət vəsiqəsilə faizisiz kredit imkanı yaradıldı.