(012) 565 1 565

Beko Basketbol Üzrə Dünya Çempionatını Qürurla Təqdim Edir!

01 avqust, 2014
Beko idmanın insanların həyatlarında çox mühüm rol oynadığına inanan qlobal brenddir. Bu səbəbdən Beko bütün idman tədbirlərini, xüsusilə də basketbol sahəsini dəstəkləyir. Bekonun “dinamik, əyləncəli və gənc” xarakteri basketbol oyununun təbiətinə uyğundur. Beko eyni zamanda inanır ki, idman gənc nəslin inkişafı və böyüməsində mühüm rol oynayır. Basketbol komanda işi, iti düşünmə və özünə qiymət vermə kimi kommunikasiya və sosial biliklərin inkişafına aparan idman növüdür.
Basketbol lider olmaq ambisiyası ilə rəqib aparmaqda Beko ilə eyni dəyər və hədəfləri təmsil edir. Beko 2006-cı ildə Türkiyə Basketbol Liqası ilə basketbolu dəstəkləməklə baksetbol macərasına başlamışdır. Liqa 7 ildir ki, “Beko Basketbol Liqası” adı altında keçirilir. O, eyni zamanda 2009/2010 mövsümündən başlayaraq altı il ərzində ən mühüm basketbol liqalarından biri olan Basketbol Bundesliqasının sponsoru olmuşdur.
Rəqib liqa kimi Beko Basketbol Bundesliqası həmişə beynəlxalq arenada yaxşı nüfuzu ilə seçilmişdir. 2011-ci ildə Beko beynəlxalq liqa sponsorluğunda daha bir addım irəliləmiş və Rusiya Basketbol Liqasının sponsoru olmuşdur. Liqa 2011-ci ildə “Bekonun Peşəkar Basketbol Liqası” adı altında başlamış və Beko Litva Basketbol Liqasının (LKL) adlı sponsoruna çevrilmişdir. Litva basketbola olan sevgisi ilə seçilir və LKL Avropanın ən uğurlu liqalarından biridir. Sonda Beko 2012-ci ildə basketbol sahəsinə son töhvəsini vermiş və
İtaliyanın “Lega Basket” liqasına sponsorluq etmişdir. Beko 2012-ci ilin sentyabr ayından başlayaraq Beko Lega Basketin baş sponsorudur. Liqa sponsorluğundan əlavə Beko Çində təşkil edilən “2009 FIBA Asiya Basketbol Çempionluğu” və Polşada keçirilən “Eurobasket 2009” tədbirlərinin əsas sponsoru kimi beynəlxalq çempionata mühüm dəstək göstərmişdir. Beko 2010 Dünya Basketbolu yarışmasının “Təqdimatçı Sponsoru” olmuşdur.
Hər dörd ildən bir keçirilməli olan çempionat ən güclü komandaları bir yerə toplayır. Beko eyni zamanda 2011-ci ildə Litvada keçirilən Avropa Basketbol Çempionatının təqdimatçı sponsoru olmuşdur. Beko dünyanın bütün basketbol fanatları ilə birgə 2013-2014-cü illərdə keçirilən iki tədbiri dəstəkləyir. Beko Sloveniyada keçirilən 2013 FIBA EuroBasket və İspaniyada keçirilən 2014 FIBA Basketball World Cup dünya kuboku yarışmasının Təqdimatçı Sponsoru olacaqdır.