“GRUNDİG” yeni məhsullar ilə İFA Sərgisində !
İstehsalçıların ən çox maraq göstərdiyi və hər il həyata keçirilən Beynəlxalq Texnologiya Sərgisi adını alan İFA Sərgisi dünyada ən son texnologiyaların və cihazların təqdimatı ilə tanınır.
Ən son ekran yenilikləri, 3D görünüş texnologiyaları, əyləncə, naviqasiya və şəbəkə sistemləri, mobil cihazlar, məişət texnikası, ağıllı TV-lərin və.s texnologiyaların təqdim edildiyi bu sərgidə əsas yerlərdən birini isə Grundig tuturdu. Performans və texnologiyanın mükəmməl birləşməsi təması altında təqdim edilən yeni TV, səs cihazı, kiçik ev alətləri və saç şəkilləndirici kimi məhsullar iştirakçılar tərəfindən maraqla qarşılandı. Bu məhsullar arasında ən çox maragla qarşılanan yeni Grundig FineArts texnologiyasından ULTRA HD TV -ləri oldu. Hansi ki bu TV ekranlar HD texnologiyasi SRS səs ötürücüləri, 30 vatlıq zəngin audio səs gücləndiriciləri ilə təmin olunmuşdur. Ağıllı 3.0 interactive ve polarize olunmuş 3D texnologiyasi Grundig modelin qabaqcil hissəsidir. Tezliklə satışa çıxarılacaq olan OLED Qövsvari ekran TV texnikası Grundig markasının yeni texnologiyaları sırasında sərgilənmişdi.
Məişət Texnikası üzrə Grundig yeni Grundig Qabyuyan maşınlarını da təqdim etdi. Yeni Fresh Guard təmizlik, gigiyenik xüsusiyyəti ilə seçilir. All-in-Wash funksiyası ilə eyni vaxtda fərqli növdə qab-qacaqları yuyarkən, Express funksiyası yumaq müddətini azaldaraq vaxta qənaət edir. Soyuducu istehsalına görə qabaqcıl olan Grundig Soyuducu məhsullarını da sərgidə təqdim etdi. No-frost texnologiyasına aid olan bu soyuducular VitanimCare funksiyasına görə fərqlənirlər. Xüsusi Aktif Karbon filtri ilə uzun müddət gigiyena standartı qorunub saxlanılır. Yuma-qurutma maşını, yuma və qurutma funksiyalarını tək bir modulda birləşdirir. TouchDry funksiyası ilə, Grundig yuma-qurutma maşını ilə qurutma əməliyyatı çox daha asandır.
Quraşdırılan Texnikaya aid Grundig Aspirator Texnikası keyfiyyət və modern paslanmayan polad dizaynı ilə mətbəx yeniliyini tamamlayır. EcoSilent Funksiyasi ilə ən yüksək nizamda belə daha az səs dərəcəsi ilə çalışır.
Son olaraq, IFA Sərgisindən iki həftə əvvəl, Grundig markasına aid olan UHD TV texnologiyası Almaniyanın ən müvəffəqiyyətli futbol klublarından biri olan Borussia Dortmund (BVB) ilə yeni bir əməkdaşlıq razılaşması imzalayıb. Komandanın stadionu olan "Signal Iduna Park" da bundan sonra Grundigin FullHD və UHD texnologiyaları təchiz edilmiş ekranlar iştirak edəcək. Bu əməkdaşlıq Grundig markasının futbol idmanı ilə olan əlaqəsini gücləndirməklə qalmır, eyni zamanda da texnologiya sahəsindəki professiyonallığını vurğulayır.