Soliton Mühəndislik Baku Build Sərgisində!
22-25 oktyabrda Bakıda keçirilən 20-ci yubiley Baku Build 2014 sərgisi öz qapılarını ziyarətçilərinin üzünə açdı. Sərgidə düyanın 29 ölkəsindən 490 şirkət iştirak etmişdir. Sərgi bazarda yeniliklərin tətbiqi və yeni investisiyaların cəlb edilməsi ilə yerli şirkətlərin stimullaşdırılması baxımında əhəmiyyət kəsb edir. “BakuBuild” sərgisi ilə paralel 6-cı Beynəlxalq “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” (“Aqua-Therm Baku 2014”) sərgiləri də keçirilmişdir.
Bu il “Aqua-Therm Baku” sərgisində dünyanın 16 ölkəsindən 80 şirkət çıxış edirdi və bu ölkələr arasında Azərbaycan, Çin, İtaliya, BƏƏ, Türkiyə, və.s ölkələr yer alırdı. Ümumiyyətlə sərgidə yerli aparıcı şirkətlər və brendlər də iştirak edirdilər: “Soliton Mühəndislik” də eksponentlərin əsas tərkibinə olanlardan biri idi.
Soliton LTD-nin Soliton Mühəndislik departamenti sərgidə Multizonal VRS sistemləri , Su soyutmalı sistemlər, Mərkəzi İdarəetmə sistemləri, Kanal tipli kondisionerlər kimi məişət və senayə tipli avadanlıqların, həmçinin VRS4 texnologiyasının təqdimatı oldu. Bundan əlavə, Elektrik enerjisinə maksimum qənaət , -20°C temperaturda işləmə qabiliyyəti olan texnologiyalar, VRS3, VRS3 R, VRS Mini Ace, VRS Space, VRS Water Ace, VRS Multi WR kimi xarici bloklar da sərgilənmişdir.