Beko və FC Barcelona- Böyük adların komandası
30 iyun 2014-cü il Barcelona Camp Nou-da imzalanan müqavilə ilə Beko, FC Barcelona-nın yeni sponsoru oldu. Dünya miqyasında iki markanı birləşdirən bu partnyorluq 4 il davam edəcək. Partyorluq razılaşması üzrə Barcelona-nın futbol və basketbol komandalarının geyimlərində Beko logosu istifadə olunacaq.
Ulduzların komandası ilə partnyorluq əlaqələri quran Beko-dan Yeni Ulduz Texnologiyası!
Bununla bərabər, Beko 2 qat daha çox sərinlik və rütubəti özündə birləşdirən Yeni Ulduz NeoFrost texnologiyasını sizlərə təqdim edir.
Beko'nun Mavi İşıq və Aktiv İonlaşdırma texnologiyasıyla istehsal olunan NeoFrost soyuducular ilə qidalarınızı mühafizə etmək çox daha asan olacaq. Geniş daxili həcmi, gigiyenik xüsusiyyətləri və müasir dizaynı ilə Beko NeoFrost soyuducular mətbəxlərinizdə xüsusi görünüş yaradacaq. Meyvə və tərəvəzlərin qida dəyərlərini qoruyaraq maksimum təzə saxlama imkanı təqdim edən Mavi İşıq texnologiyası soyuducunun içərisinə mənfi yüklü ion püskürdərək havadakı bakteriyaları təsirsiz hala gətirir. Aktiv İonlaşdırma texnologiyası isə bakteriya və kif meydana gəlməsinə maneə yaradaraq qidaların təravətli qalmasını təmin edir.