Beko və Grundig 2015 İFA Sərgisində!
Türkiyə və Avropanın müxtəlif yerlərində inkişafa yiyələnən, uzun illər boyu inkişaf edən Arçelik A.Ş. dünyanın ən çox tanınan 2 qlobal markasının yeni məhsullarını bu il İFA sərgisində təqdim etdi. 4-9 sentyabr tarixlərində Berlində keçirilən böyük sərgidə Arçelik Beko və Grundig markasına aid ən yeni texnologiyalı məhsullarını sərgiləmişdir.
Beko bu il bəyaz əşya sektorunda nəinki, sadə dizaynlı, yeni və olduqca üstün texnologiyaya sahib məhsulların önə çıxarmışdır. Beko quraşdırılan texnika seriyasına aid xüsusi və sadə dizaynlar Arçelik A.Ş. Ar-Ge və Sənaye Dizayn qrupları tərəfindəın hazırlanmışdır.
Mega Şəhər trendlərinə uyğun ağıllı məhsullar.
Arçelik şirkətinin baş direktoru Hakan Bulgurlu: Böyük şəhərlərdəki yaşayış tərzlərinə uyğun olan məişət əşyalarına tələbat olduqca çoxdur. Bunun üçün həm ətraf mühitə yararlı, həm ağıllı, həm də asan istifadə edilə bilən və sürətli çalışan məhsulların istehsalı üçün daima çalışırıq. Beko stendindəki Mega Şəhər sahəsində sürətli buz hazırlayan soyuducu, yüksək temperaturda (daş soba) ləzzətli pizza bişirən bölməli soba, sürətli qurutma fünksiyasına malik qurutma maşını, avtomatik olaraq maye yuyucunu dozaya görə nizamlayan qabyuyan maşınını Mega Şəhər trendinə uyğun nümumələr olaraq göstərmişdir. Bununla belə, Beko müasir şəhərə uyğun olan kompakt və səssiz işləyən məhsullar da hazırlayır.
Avropada ilk Auto dosing – maye yuyucunu dozaya uyğun nizamlayan bu proqram qabyuyandakı qablara görə maye yuyucudan nə qədər istifadə etməli lazım olduğunu təyin edir. Bu program sayəsində həm də yuyucu vasitəyə qənaət etmiş olursunuz.
Everfresh+ tərəvəzlərin ömrünü 30 günə qədər uzadır. Beko soyuducularında Everfresh+ programı sayəsində yaşıl yarpaqlı tərəvəzlərin ömrü 30 günə qədər uzanır. Mavi işıq sayəsində tərəvəzlərin qida dəyəri də qorunur.
Auto İce making proqramı ilə 80 dəqiqə ərzində hazırlanan buzlar 40 dəqiqə ərzində artıq hazırlanmış olur.
Paltaryuyan maşınlarındakı Prosmart™ inverter texnologiyasi enerji və su sərfinə qənaət edir.
Stain Expert™- 24 fərqli ləkəyi tək düymə ilə proqramlayaraq asan təmizləmə imkanı yaradır.
Beko sobalarındakı Surf® xüsusiyyəti eyni anda qoxuları və dadları qarışmadan 3 fərqli yeməyi biryerdə bişirmə imkanı yaradır.
Beko bu il ilk dəfə İFA sərgisində SteamXtra® və SilentStorm® ağıllı texnologiyalar ilə təchiz olunmuş yeni buxarlı ütülərini və tozsoranlarını təqdim etdi.
CookSense® texnologiyasına sahib, dünyanın ilk avtomatik Türk qəhvə maşını da beynəlxalq sərgidə böyük maraq yaratdı.
Grundig'e yeni ağıllı ev konsepti: HomeWhiz®
Home Wiz® ev şəbəkəsi vasitəsilə TV, smartfon və planşet üzərindən Wi-Fi şəbəkəyə qoşularaq soyuducu, paltaryuyan, qabyuyan maşın, quruducu və ankastra soba kimi əşyalara asanlıqla nəzarət etmək mümkündür.
Kamera tətbiqli Soyuducu və VUX®
3 qapılı qarderob tipində Grundig soyuducular: soyuducu hissəsində içəriyə yerləşdirilmiş 4 kamera sayəsində alış-veriş edərkən soyuducunun içini görmək mümkün olur. İstifadəçilər alış-verişdə olan zaman telefonlarına yükləyəcəkləri program ilə soyuducunun içərisini telefondan görə bilirlər.
Grundig Fine Arts Curved TV
Grundig gözoxşayan dizayn ilə önə çıxan Curved TV, peykdaxil bütün qaynaqlar üzərindən gələn görüntülərini olduqca keyfiyyətli bir şəkildə izləyicilərinə çatdıra bilir. Həmçinin, Grundig Curved UHD TV iki kanalı eyni anda izləməyə və ya bir kanalı izlərkən digər kanallarda sərbəst gəzişməyə imkan yaradır.
Beko-da FC Barcelonanın Camp Nou atmosferi
Bu il sərgidə Beko sponsor olduğu FC Barcelona və EuroBasket 2015-in idman konseptini də önə çıxararaq, FC Barcelonanın stadionu Camp Nou atmosferini və EuroBasket 2015 kubokunun sərgilənəcəyi xüsusi idman sahəsini hazırlamışdı. Sərgi boyunca idman sahəsində keçiriləcək yarışlara qatılanlar, dünyanın ən böyük futbol oyunlarından biri olaraq qəbul edilən FC Barcelona-Real Madrid arasında oynanan El Clasico-ya iki nəfərlik matç bileti və 2015 Eurobasket Berlin matçlarına bilet qazanmaq şansı verilmişdir.