(012) 565 1 565

Beko Aquaintense Texnologi̇yasi İlə Qab Yumağa Son!

05 mart, 2019

Daim sizi düşənərək yeniliklər edən Beko ilə artıq qab yumaq vaxtınızı almayacaq. Yeni AquaIntense texnologiyası sayəsində qabyuyan maşında sadəcə qab-qacaqları deyil, qazan və böyük siniləri də yuya bilərsiniz.

Beko AquaIntense texnologiyası çətin təmizlənən çirkli qazanların yuyulması üçün hazırlanmış xüsusi “İntensiv hissə”-dir. Qabyuyan maşının sağ aşağı hissəsində yerləşən “İntensiv hissə” 180 dərəcə hərəkət edən qol və 360 dərəcə fırlanan başlıqdan ibarətdir. Aşağı səbətə tətbiq edilən yüksək təzyiq sayəsində qazanlar 5 qata qədər daha təmiz yuyulur.  Bir sözlə, artıq sevmədiyiniz işə yox istirahət etməyə vaxt ayıra biləcəksiniz. 

Beko bilir ki, gündəlik etməli olduğunuz kifayət qədər sıxıcı və yorucu işləriniz çox olur. Məhz bu səbəbdən qab yumaq, xüsusilə çətin təmizlənən qazanların sizin vaxtınızı almasının qarşısını alan texnologiyasını irəli sürür. Sizin etməli olduğunuz sadəcə çətin yuyulan qazanı qabyuyan maşının sağ aşağı hissəsində yerləşən “İntensiv hissə”-yə yerləşdirməkdir. 360 dərəcə fırlanan başlığın yaratdığı yüksək təzyiq sayəsində yaranan burulğan qazanı əldə sürtərək yuduğunuz qədər təmiz təmizləyir. Eyni zamanda 180 dərəcə hərəkət edən qol isə qazanı yaxalayır. Bu ikili sistem qazanlarınızı 5 dəfəyə qədər daha yaxşı təmizləyir. Parıldadıcı buxar texnologiyası isə qabları 23% daha parlaq edir. Üstəlik tez yuma funksiyasından istifadə edərək mükəmməl təmizliyi 3 dəfəyə qədər daha sürətli əldə edəcəksiniz.

Beko AquaIntense texnologiyalı qabyuyanın digər qabyuyanlardan fərqi:

AquaIntense texnologiyası olmayan qabyuyanlarda sadəcə 360 dərəcə fırlanan sprey qol mövcuddur. Lakin AquaIntense texnologiyasında isə qabyuyanın ortasında ikinci əlavə sprey qol yerləşir. Digər qabyuyanlar qazanları təmiz yumadığı halda AquaIntense texnologiyası ilə çətin təmizlənən dibi yanmış qazanları yuya hətta 5 dəfəyə qədər daha yaxşı nəticə əldə edəcəksiniz. Həmçinin AquaIntense texnologiyası sayəsində su yüksək təzyiqlə yayıldığı üçün bütün qablarınız təmiz olacaq.

Beko AquaIntense texnologiyası ilə qabları və stəkanları qabyuyan maşına yükləmədən əvvəl yaxalamağa belə ehtiyac yoxdur. Çünki, sizin yerinizə təmiz və parlaq qabları təhvil verəcək.

Artıq sevdiyiniz işlərə və sevdiklərinizə zaman ayırmaq vaxtıdır!