Beko - 2019 Baku Food Festivalında!
Beko və FC Barcelona-nın bir müddət əvvəl elan etdikləri layihəsi “Eat Like A Pro” layihəsi yeni sponsorluq dövrünün əsas layihələrindən biri olacaq. 'Eat Like A Pro” layihəsi uşaqların pərəstiş etdikləri idmançıları nümunə götürərək sağlam bəslənmələrini və idmanı həyatlarının bir parçası halına gətirməyi məqsəd qoyur. Qlobal bir problem halına gələn uşaqlıq dövrü köklüyü artıq narahatedici bir həddə çatıb. Elə bu səbəbdən də Beko və FC Barcelona bu problemə qarşı birlikdə #EatLikeAPro (#ƏslQəhrəmanlarKimi)
2019-cu ilin yay fəslində, may ayının 14-dən paytaxt Bakıda keçirilən "Food Festival"- da da elə bu məqdəsimiz ilə iştirak etdik. Bir- birindən dadlı, xüsusən də sağlam və faydalı tərəvəzlərdən hazırlanan yemək reseptlərimiz ilə minlərlə insan qarşısında bu kampaniyanı təbliğ etdik. Məşhur blogerlər - Caspian Vogue, Kənan Bədəlov, Sabina Shahi və başqaları bu layihə çərçivəsində FC Barcelona qida mütəxəssisləri tərəfindən təsdiq edilmiş sağlam yemək reseptləri ilə hər kəsi tanış etdi. Bu layihə ilə tanış olan hər kəs nəinki sağlam yemək reseptləri ilə tanış oldu həmçinin, bu yeməklərin, koktelyllərin və smuzilərin dadına da baxdı.
Uşaqların sağlam gələcəyi üçün onları ilk öncə sağlam qidalanmağa həvəsləndirməliyik. Sağlam qidalanmaq gələcəyin ən əhəmiyyətli addımlarından biridir!