Beko-dan yeni HARVESTfresh texnologiyası!
Beko bəyaz əşya sahəsində liderdir və yeni nəsillərə daha sağlam həyat yaşaq üçün imkanlar yaradır. Daha sağlam həyat tərzi üçün sürətli, çevik və istifadəsi asan həllər təqdim edir.
2019 -cu ildə Berlində keçirilən İFA sərgisində Beko HarvestFresh soyuducu texnologiyasın tanıtdı.
Bildiyiniz kimi, günəş işığı meyvə və tərəvəzlərin yetişməyində, böyüməyində çox böyük rol oynayır. Beko-nun yeni HarvestFresh texnologiyası da bütün ilhamını günəş işığından alır. Yəni bu texnologiya meyvə və tərəvəzlərin təravətli qalmasına və vitamin dəyərlərinin itməməsinə kömək edir.
Yenilikçi bir işıqlandırma texnologiyası olan HarvestFresh istehlakçıların qidalarını daha uzun müddət təzə saxlamaq istəyindən qaynaqlandı. HarvestFresh texnologiyası toplandığı ilk gün kimi tərəvəz və meyvələrin təravətini və tərkibindəki vitaminləri qoruyur. Bu da istehlakçılarımızın sağlam qidalanmasına kömək edir, eyni zamanda alış-verişin tezliyini azaldaraq vaxtlarına qənaət etməyə kömək edəcəkdir. Beko sağlam həyatı dəstəkləyən və həyatı asanlaşdıran bir çox texnologiyaya sahibdir.
Soyuducularda meyvə və tərəvəz yeşiyində yerləşdirilən yeni 3 rəng işıqlandırma texnologiyası ilə meyvə və tərəvəzlərin vitamin dəyərləri qorunur. A və C vitaminlərinin uzun müddət qorunmasına kömək edən araşdırmalar nəticəsində ortaya qoyulan texnologiya 2020-ci ildə istifadəyə veriləcək soyuducu modellərində yer alacaq.