(012) 565 1 565

Əsgərlərimizə Sovqat!

30 oktyabr, 2020

Biz mənəvi borcumuzu yerinə yetiririk. Soliton şirkəti olaraq torpaqlarımızın bütövlüyü uğrunda soyuq-yağış, dağ-təpə demədən irəliləyən və döyüşən müzzəffər Ordumuza dəstək üçün sovqat göndərdik. Göndərdiyimiz bu sovqat əsgərlərimizin gündəlik ehtiyaclarını ödəyəcək istehlak məqsədli bol çeşidli məhsullardan ibarətdir.

 

Soliton əməkdaşları da yardımın təşkilində, hazırlanmasında və yola salınmasında canla-başla iştirak etdilər. Bütün Soliton əməkdaşlarımıza göstərdiyi köməyə və dəstəyə görə təşəkkürümüzü bildirik!
 

Biz hər zaman Ordumuza dəstəyik və bu dəstəyimizi davam etdirəcəyik!
 

Tezliklə zəfər xəbərləri ilə və sağ-salamat qayıtsınlar!