Şəhid və şəhid ailələrinin borcları silindi!
21 oktyabr, 2020
İndi birlik vaxtıdır!
Vətəni qorumaq, sevmək, çətin günlərdə dəstək olmaq hər bir vətəndaşın borcudur. Hər bir şirkət və ya qurum öz missiyasına uyğun olaraq xidmət göstərir.
Dövlətimizin bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin və onların ailələrinin borcları Soliton şirkəti tərəfindən silinəcək!
Ana vətənimizin müdafiəsi uğrunda canından keçib Şəhid olaraq verilmiş həyat, bizə gələcək nəsillərin azadlığını və xoşbəxtliyini bəxş etməkdir. Həyatını bu yolda fəda edənlərə bizim həmişə BORCUMUZ olacaqdır.
Bu mübarizədə dövlətimizin qalib olacağına inamımız tamdır. Biz qəhrəmanlarımızın tezliklə sağlam və zəfər xəbərləri ilə qayıtmasını gözləyirik!