(012) 565 1 565

Soliton 30 il - Sizin üçün, milyonlar üçün!

13 iyun, 2022

Birlikdə keçirdiyimiz 30-cu ilimizi qeyd edirik!

İllər ərzində həyatınızın bir çox anını birgə paylaşmış və buna görə özümüzü dəyərli hiss etmişik. Bizə güvəndiyiniz, gündəlik həyatınızın bir hissəsinə çevrilməyimizə imkan verdiyiniz üçün siz sadiq müştərilərimizə, daim inkişaf etməyimiz üçün atılan addımlarda yanımızda olan tərəfdaşlarımıza təşəkkür edirik.

30 illiyimizi mindən çox işçi heyətimizlə - bizi biz edənlərlə, dəyər qatanlarla, əzmlə çalışan, ailə üzvümüzə çevrilən əməkdaşlarımızla qeyd edirik.

Yüzlərlə tərəfdaşımız, 70-dən çox mağaza və milyonlarla müştərimizlə sevincimizi bölüşürük.

Ən önəmlisi, sizə sevgimiz isə sonsuzdur.

30 illik sevgi... Sizin üçün, milyonlar üçün!