(012) 565 1 565

Yanındayıq, Türkiyə!

23 fevral, 2023

Qardaş ölkə Türkiyənin keçirdiyi bu çətin günlər hər birimizi dərindən sarsıdıb. İtirilən, yaralanan canların fiziki və mənəvi ağrısını Azərbaycan xalqı olaraq qəlbimizdə hiss edirik. Yaralanan, yaşamaq uğrunda mübarizə aparan hər bir canın tezliklə qurtulması və sağlamlığına qovuşması üçün ən böyük dəstəyimiz dualarımızdır. Maddi ehtiyacların qarşılanmasında da bizim də payımız olsun istədik. Və bu məqsədlə AFAD rəsmi fonduna 200.000 TL yardım göndərdik.
Soliton ailəsi adından həyatını itirənlərin ailələrinə baş sağlığı, yaralılarımıza şəfa diləyirik. Yanındayıq, Türkiyə!