(012) 565 1 565

Beko qabyuyan maşınları Böyük Britaniyada “ Ən etibarlı məhsul” kimi göstərildi

28 dekabr, 2009

Arçelik Group-un beynəlxalq markası olan Beko, qabyuyan maşınları ilə ən güvənilən məhsul kimi, Böyük Britaniyanın prestijli “Which?” jurnalının araşdırmaları nəticəsində dünyanın digər bəyaz əşya istehsal edən markaları arasından "Ən etibarlı" məhsul kimi seçilmişdir. Bütün sınaqlardan uğurla keçən Beko qabyuyan maşınları, “Which?” jurnalının web saytında, qabyuyan maşınlarının  modellər siyahısına əlavə olunmuşdur. “ Which?” jurnalının üzvləri arasında keçirilən sorğuya əsasən, Beko qabyuyan maşınları təmir və qırılma ekspertizasından keçərək, bəyaz əşya markaları siyahısında ön sıralarda yerləşir. Beko rəqiblərinin etibarlı fəaliyyətinə baxmayaraq, onları bu siyahıda geridə qoydu. Beko markasının digər məhsulları  paltaryuyan maşınları, soyuducuları, dondurucuları, dərin dondurucuları, solo plitələri də bu siyahıda ön sıralarda yer almışdır. Beko qabyuyanlarının “Ən etibarlı” və “Yaxşı məhsul” adlarını qazanmasının əsas üstün  cəhəti 2010- cu ilin Böyük Britaniyada "Qabyuyan maşını ili" olmasıdır.“ Which?” jurnalı 50 ildir ki, Böyük Britaniyada şüurlu alış-verişin tərəfdarı olaraq, müxtəlif kateqoriyalı markaların məişət texnikalarını laboratoriya sınaqlardından keçirir və öz rəylərini tərəfsiz olaraq bəyan edir.