(012) 565 1 565

Beko- nağıllar həyatınızda canlansın

11 mart, 2010

Artıq nağıllardakı atmosfer sizin həyatınızda ola bilər. Beko sizə yeni retro dizaynlı  OIE 21200CU və OIE 21200WU  sobaları təqdim edir. Yeni Beko sobaları unudulmaz retro stilində, nağıl şəkillərindəki təsəvvürü yaradır. Bu sobalar açıq və tünd rəngli interyerə uyğun ağ və qara rəngdə dizayn olunmuşdur. Bu sobanın əsas xüsusiyyəti retro dizaynı ilə yeni texnologiyanın təcəssümüdür. Yeni seriya sobaları özündə 6 bişirmə funksiyasını və 65 l həcmi birləşdirir. Booster funksiyası sobanın əlavə isinməsini təmin edir və tangensial soyutma isti buxarla yanmadan qoruyur. Taymeri quraşdırın və öz işlərinizlə rahat məşğul olun. Beko hər bir işi sizin yerinizə edəcək və sizə uzun illər mükəmməl xidmət göstərəcəkdir.