(012) 565 1 565

“Neptun” supermarketlər şəbəkəsinin rəsmi saytının açılışı

25 fevral, 2011

Neptun supermarketlər şəbəkəsinin inkişafının daha bir mərhələsinə keçid, 24 fevral 2011-ci ildə www.neptun.az  ünvanında yerləşən  rəsmi saytının açılışı oldu. Bu bizim inadla və məqsədəyönlü irəlilədiyimiz əhəmiyyətli hadisələrdən biridir. Əsas məsələlərdən biri supermarketin fəaliyyətini daha da inkişaf etdirməkdir. Ziyarətçilərimizin effektiv istifadəsi üçün sayt müasir dizayn ilə sadə və rahat interfeysə malikdir. Burada genis imkanlı axtarış sistemi və sayt xəritəsi yer tutur. Sayt həm azərbaycan, həm də rus dillərindədir. Və tezliklə xarici ziyarətçilərimiz üçün ingilis dili versiyasının da açılışı olacaq. 
Kompaniyamızın fəaliyyətləri və yenilikləri haqqında yerləşdirəcəyimiz  xəbərlər bölməsi ilə yanaşı, hər bir ziyarətçi saytda təqdim olunan eksklüziv və aktual məlumatlar, bizim tərəfimizdən təklif olunan xidmətlər, supermarketlərdə keçirilən aksiyalar və digər faydalı məlumatlar ilə tanış ola bilər.  Bunlara əlavə olaraq siz, saytda yerləşdirdiyimiz fotoarxivin köməyi ilə visual informasiya əldə etmiş olacaqsınız. 
Güman edirik ki, bizim indiki və gələcək ziyarətçilərimiz saytımızın funksional imkanlarından yetəri qədər yararlana biləcəklər.