(012) 565 1 565

Soliton mağazasının daha bir açılışı Şirvan şəhərində

07 mart, 2011



5 mart 2011 il tarixində Şirvan şəhərində BEKO, BLOMBERG, GRUNDIG, CASPER, BROTHER və s. brendlərinin rəsmi və eksklüziv v distribütoru olan “Soliton” elektronika və məişət texnikası mağazasının açılışı oldu. Mağaza, Şirvan şəhəri, Heydər Əliyev pr. 56 ünvanında yerləşir.
Bizim strateqiyamız çərçivəsində məişət texnikası və elektronikanı insanlara daha əlverişli şərtlərlə təklif edirik. Artıq Şirvan sakinlərinin tələbatlarına cavab verən lazımlı bir məhsulun əldə edilməsi üçün şəhərin kənarına çıxmağa ehtiyac qalmadı.
Mağazanın assortimentinə 10 mindən çox məhsul daxildir: kiçik və böyük məişət texnikası, kompyuter avadanlıqları və proqram təminatı, televizorlar, ev kinoteatrları, foto-və videotexnika, telefonlar, CD, DVD və MP3 pleyerlər, aksessuarlar, ofis texnikası və s.
Alıcıların rahatlığı üçün mağazada bir sıra əlavə xidmətlər təşkil olunub: kreditlə alışın sənədləşdirilməsi, çatdırılma və quraşdırılma. Təcrübəli və ixtisaslı satış məsləhətçlərimiz isə Sizə lazım olan texnikanın seçimində köməklik edəcəklər.
Tel: 0197 5 18 68