(012) 565 1 565

“Neptun” supermarketi artıq yeni bir ünvanda.

26 noyabr, 2011

Noyabr ayının 25-də Bakı şəhərində, Cəlil Məmmədquluzadə küçəsi 9/88 ünvanında yeni “Neptun” Supermarketinin açılışı baş tutdu. Qapılarını geniş açaraq, supermarket səbirsizliklə gözlənilən müştərilərini geniş mal çeşidi, əlverişli qiymətlərlə və xüsusilə vacib olan bütün təqdim olunan məhsulların yüksək keyfiyyəti ilə sevindirdi. Yeni supermarketdə alıcıların rahatlığının təmin olunması məqsədi ilə bütün şəraitlər yaradılıb. Buradan Siz qida məhsulları, məişət-təsərrüfat malları, kiçik ev elektronikası, yataq dəstləri, qab-qacaq və s. kimi məhsullar ala bilərsiniz. “Uşaq aləmi” bölməsində isə balacaların qayğısına qalmaq üçün keyfiyyətli uşaq qidası, paltarlar, oyuncaqlar və məktəb ləvazimatları əldə etmək olar. Neptun supermarketi gələcəkdə də tutduğu istiqaməti təqib edərək, geniş alıcı kütləsinin tələblərinə cavab verəcək.
Sayca 7-ci olan yeni supermarket haqqında daha ətraflı məlumat almaq üçün http://www.neptun.az/index.php?option=com_content&view=article&id=171&Itemid=117&lang=az  linkinə keçid alaraq və ya (012) 162 nömrəsinə zəng edərək almaq olar.