(012) 565 1 565

"Neptun" Supermarketlər Şəbəkəsi fəaliyyətini genişləndirməyə davam edir.

26 dekabr, 2011

 

Uzun illərdir müvəffəqiyyətli və keyfiyyətli xidmət anlayışı ilə, uyğun qiyməti ilə fəaliyyətinə davam edən “Neptun” supermarketi növbəti açılışını 23 dekabr tarixində Nəcəfqulu Rəfiyev ünvanında həyata keçirdi. Yüksək keyfiyyətli məhsul müxtəlifliyi – meyvə, tərəvəz, ət və toyuq məhsulları, süd məhsulları, pəhriz məhsulları, çörək, şirniyyatlar, bundan əlavə məişət-təsərrüfat malları, kiçik ev elektronikası, qab-qacaq, yataq dəstləri və s. müştərilərə təqdim edilib. “Neptun” balacaları da unutmayıb.Belə ki , yaradılan “Uşaq aləmi” bölməsində körpələr üçün keyfiyyətli, steril uşaq qidaları, paltarları, oyuncaqları əldə etmək mümkündür. Məktəblilər də öz məktəb ləvazimatlarını buradan əldə edə bilərlər. “Neptun” gülər​​üzlü personalı, müştəri və tədarükçü məmnuniyyəti xidməti, müasir alış-veriş mühiti ilə müştərisinə ev sahibliyi edəcək. Gələcəkdə daha bir çox müvəffəqiyyətin altına imza atacağımıza dair inancımız sonsuzdur .