AzeRusEng
HAQQIMIZDAXƏBƏRLƏRVideo QalereyaBİZİM MAĞAZALARSERVİSKARYERAƏLAQƏ
(012) 565 1 565
Careers

Xəbərlər

Soliton Mağazalar Şəbəkəsi növbəti xeyriyyə proqramında iştirak edib. - 2012-03-28

Soliton Mağazalar Şəbəkəsi və Boutique jurnalının  dəstəyi ilə Saray qəsəbəsində yerləşən 7 saylı uşaq evində  Novruz bayramı münasibətilə xeyriyyə tədbiri keçirilib. Valideyn himayəsindən məhrum olan uşaqlara maddi və mənəvi dəstəyin verilməsi ilə əlaqədar keçirilən tədbirdə Soliton Mağazalar Şəbəkəsi hər zaman yardıma, sevgiyə və köməyə ehtiyacı olan körpə balaların rahatlığı üçün uşaq evinə məişət texnikası məhsulları hədiyyə edib. Qeyd etmək lazımdır ki, öncədən uşaq evinin ehtiyacları ilə maraqlanan Soliton-un əməkdaşları onların zəruri olan bütün ehtiyaclarını ödəyib. 15 illik fəaliyyəti boyunca Soliton Mağazalar Şəbəkəsi  belə yardım tədbirlərinə xüsusi diqqət ayırmış və hər zaman yaxından iştirak edərək öz köməyini göstərmişdir. Soliton-un əməkdaşları daha sonra davam edən bayram proqramında da uşaqlara diqqət və qayğılarını əsirgəmədən onların sevincinə ortaq olublar. Sonda körpələrin üzündəki sevinc hissinin məmnunluğu ilə Soliton-un və Boutique jurnalının əməkdaşları uşaq evindən ayrılıb.
 

printerçap versiyası

Copyright © 2009-2019 Soliton Group Developed by WEBB +994125309102