(012) 565 1 565

3 aprel tarixində Soliton Mağazalar Şəbəkəsinin təntənəli açılış mərasimi keçirildi.

03 aprel, 2012

Soliton Mağazalar Şəbəkəsi məişət texnikası və elektronikanın satışı sahəsində artıq 15 ildir ki, fəaliyyət göstərir. Qısa müddət ərzində topladığı təcrübəsi ilə Soliton həm Bakıda, həm də bir çox bölgələrimizdə yeni mağazalar açaraq fəaliyyətini genişləndirir.
Aprelin 3-ü Azadlıq prospekti 125 ünvanında növbəti Soliton mağazasının açılışı keçirildi. Əhalinin sıxlığı ilə müşahidə olunan təntənəli açılış mərasimində Soliton Mağazalar Şəbəkəsinin rəsmi nümayəndələri də iştirak etdi. Yeni mağazamızda Blomberg, Beko, Grunding, General Electric, Casper, Brother kimi  dünyanın məşhur brendlərinin geniş məhsul çeşidi müştərilərə təqdim olunub. Mağazada həmçinin əhalinin hər təbəqəsi nəzərə alınaraq kiçik və böyük məişət texnikası, kompüter, televizor, audio sistem, foto və videokamera, mobil telefonlar və s. kimi məhsulların həm nəğd, həm də kreditlə satışı həyata keçirilir. Hər zaman müştəri məmnuniyyətini ön planda tutan Soliton Mağazalar Şəbəkəsi açılış ilə əlaqədar olaraq faizsiz kredit və endirim kampaniyaları da həyata keçirib.