AzeRusEng
HAQQIMIZDAXƏBƏRLƏRVideo QalereyaBİZİM MAĞAZALARSERVİSKARYERAƏLAQƏ
(012) 565 1 565
Careers

Xəbərlər

Soliton Mağazaları artıq cənub bölgəsində! - 2012-06-12

Soliton Mağazalar Şəbəkəsi məişət texnikası və elektronikanın satışı sahəsində artıq 15 ildir ki, fəaliyyət göstərir. Uzun illər boyunca topladığı təcrübəsi ilə Soliton nəinki paytaxtımız Bakıda, həmçinin bir çox bölgələrimizdə də fəaliyyətini davam etdirir. Naxçıvandan Bakı şəhərinə kimi ölkəmizin hər bölgəsində sizə yaxın olmağa çalışırıq.Qısa zaman ərzində Lökbatan, Şirvan, Mingəçevir, Şəki, Cəlilabad, Yevlax, Şəmkir, Bərdə, Kürdəmir, Naxçıvan, Sumqayıt kimi şəhərlərdə yeni mağazalar açıldı. 
Və artıq cənub bölgəsində də sizin xidmətinizdəyik.İyun 10-u Lənkəran şəhərində sakinlərin böyük marağı ilə qarşılanan açılış mərasimi baş tutdu. Açılış günü münasibətilə müxtəlif hədiyyələr və endirim kampaniyaları keçirildi. Həmçinin 3 gün müddətində faizsiz kredit imkanı da yaradılıb. Yeni mağazamızda Blomberg, Beko, Grunding, General Electric, Casper, Brother kimi  dünyanın məşhur brendlərinin geniş məhsul çeşidi müştərilərə təqdim olunub. Mağazada kiçik və böyük məişət texnikası, kompüter, televizor, audio sistem, foto və videokamera, mobil telefonlar və s. kimi məhsulların həm nağd, həm də 18 ayadək kreditlə satışı da həyata keçirilir. Çatdırılma və quraşdırılma şirkət tərəfindən pulsuz olaraq həyata keçirilir.

printerçap versiyası

Copyright © 2009-2019 Soliton Group Developed by WEBB +994125309102