(012) 565 1 565

Soliton Mağazaları artıq cənub bölgəsində!

12 iyun, 2012

Soliton Mağazalar Şəbəkəsi  məişət texnikası və elektronikanın satışı sahəsindəki  15 illik fəaliyyəti boyunca ölkəmizin hər bölgəsində sizə yaxın olmağa çalışır. Və artıq cənub bölgəsində də sizin xidmətinizdəyik. İyunun 11-i  Masallıda baş tutan açılış mərasimində ictimaiyyətin sıxlığı müşahidə edildi. Açılış günü münasibətilə müxtəlif hədiyyələr və endirim kampaniyaları keçirildi. Həmçinin 3 gün müddətində faizsiz kredit imkanı da yaradılıb. Mağazada geniş alış-veriş məkanı, səliqəli, təmiz görünüşü, kassaları və personalı ilə müştərilərin rahatlığı üçün hər bir şərait yaradılıb. Masallı şəhəri, Heydər Əliyev prospekti 37 ünvanında yerləşən yeni mağazamızda Blomberg, Beko, Grunding, General Electric, Casper, Brother kimi  dünyanın məşhur brendlərinin geniş məhsul çeşidi müştərilərə təqdim olunub. Əhalinin hər təbəqəsini nəzərə alan "Soliton" mağazasında kiçik və böyük məişət texnikası, kompüter, televizor, audio sistem, foto və videokamera, mobil telefonlar və s. kimi məhsulların həm nağd, həm də kreditlə satışı həyata keçirilir. Müştərilərin məmnuniyyəti ön planda tutularaq çatdırılma və quraşdırılma şirkət tərəfindən pulsuz olaraq həyata keçirilir. Hər evin, hər kəsin ehtiyacı olan texnikaya, hər cibə uyğun fürsətlərlə sahib olunması üçün ”Soliton” sizin də dəstəyinizlə açılışlar reallaşdırmağa davam edəcək.