(012) 565 1 565

Növbəti Soliton mağazasının açılışı Zaqatala şəhərində baş tutdu.

29 dekabr, 2012

Soliton Mağazalar Şəbəkəsi 22 dekabr tarixində alıcılarına növbəti mağazasını təqdim etdi. Ölkəmizin ən gözəl bölgələrindən biri olan Zaqatala şəhərində baş tutan açılış mərasimi sakinlərin böyük marağı ilə qarşılandı. Açılışa həmçinin KİV nümayəndələri də dəvət edilmişdir. Mağazanın açılışı münasibətilə bütün məhsullara endirimlər edildi, müxtəlif hədiyyəli kampaniyalar təşkil olundu, həmçinin faizsiz kredit və tək şəxsiyyət vəsiqəsilə satış da həyata keçirildi. 
Yeni mağazamız geniş alış-veriş məkanı, səliqəli görünüşü, yüksək təcrübəli personalı və alıcılara olan diqqət səviyyəsi ilə fərqlənir. Mağazanın geniş məhsul  çeşidinə dünyanın məşhur brendlərindən olan Blomberg, Beko, Grundig, General Electric, Casper, Brother həmçinin Nokia, Samsung, BlackBerry və digər markalı mobil telefonlar, kameralar, kiçik və böyük məişət texnikası, elektronika məhsulları daxildir. Əhalinin hər təbəqəsini nəzərə alaraq Soliton mağazasında həm nağd həm də kreditlə satış həyata keçirilir.