(012) 565 1 565

Soliton-Sumqayıt (18-ci mkr) mağazasının açılışı!

20 iyun, 2013

 İyunun 20-i  Sumqayıt şəhərində sayca 3-cü Soliton mağazasının açılış mərasimi baş tutdu. Soliton-Sumqayıt mağazasının açılışı ictimaiyyətin sıxlığı ilə müşahidə edildi. Açılış günü münasibətilə müxtəlif hədiyyələr və endirim kampaniyaları keçirildi, həmçinin tək şəxsiyyət vəsiqəsilə faizsiz kredit imkanı yaradıldı . Mağazada geniş alış-veriş məkanı, səliqəli, təmiz görünüşü,  personalı ilə müştərilərin rahatlığı üçün hər bir şərait yaradılıb. Sumqayıt şəhəri, 18-ci mikrorayon dairəsi ünvanında yerləşən yeni mağazada Blomberg, Beko, Grunding, General Electric, Casper, Brother kimi  dünyanın məşhur brendlərinin geniş məhsul çeşidi müştərilərə təqdim olunub. Əhalinin hər təbəqəsini nəzərə alan "Soliton" mağazasında kiçik və böyük məişət texnikası, kompüter, televizor, audio sistem, foto və videokamera, mobil telefonlar və s. kimi məhsulların həm nağd, həm də kreditlə satışı həyata keçirilir. Müştərilərin məmnuniyyəti ön planda tutularaq çatdırılma və quraşdırılma şirkət tərəfindən pulsuz olaraq həyata keçirilir. 
Hər evin, hər kəsin ehtiyacı olan texnikaya, hər cibə uyğun fürsətlərlə sahib olunması üçün ”Soliton” sizin də dəstəyinizlə açılışlar reallaşdırmağa davam edəcək.