(012) 565 1 565

Soliton - Salyan mağazasının açılışı!

11 oktyabr, 2013

Soliton Mağazalar Şəbəkəsi müştərilərinə  daha yaxın olmaq və paytaxt Bakı şəhəri ilə yanaşı Azərbaycanın digər bölgələrini də keyfiyyətli məişət avadanlığı ilə təmin emək üçün yeni mağaza açılışlarını uğurla davam etdirir. Bu dəfə isə yeni Soliton mağazasının açılışı oktyabr ayının 6-sında Salyan şəhərində həyata keçirildi.  Açılış günü münasibətilə müxtəlif hədiyyələr və endirim kampaniyaları keçirildi, həmçinin faizsiz kredit imkanı da yaradıldı. Yusif Qasımov küçəsi 4A (Köhnə Univermağın yaxınlığı) ünvanında yerləşən mağazada Beko, Blomberg, Grundig, LG, Casper, Brother, Air-Ties və s. kimi  dünyanın məşhur brendlərinin, eyni zamanda elektronika məhsulları, mətbəx avadanlıqları, audio sistemlər, həmçinin Nokia, Samsung, BlackBerry və digər markalı mobil telefonların geniş məhsul çeşidləri müştərilərə təqdim olunub. Yeni fəaliyyətə başlamış Soliton mağazasında müştərilərə həm nağd, həm də 18 ayadək kreditlə satışı da həyata keçirilir. Çatdırılma və quraşdırılması şirkət tərəfindən pulsuz həyata keçirilir.