(012) 565 1 565

Yenilənmiş Soliton-Kürdəmir mağazası yeni ünvanda xidmətinizdə!

11 aprel, 2014

10 apreldə Kürdəmir şəhərində yeni ünvanda Soliton mağazasının açılışı həyata keçirildi. Açılış mərasimində ictimaiyyətin sıxlığı müşahidə edildi. Açılış günü münasibətilə müxtəlif hədiyyələr və endirim kampaniyaları keçirildi. Həmçinin faizsiz kredit imkanı da yaradıldı. Mağazada geniş alış-veriş məkanı, səliqəli, təmiz görünüşü təcrübəli personalı ilə müştərilərin rahatlığı üçün hər bir şərait yaradılıb. Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 5A ünvanında yerləşən yeni mağazamızda Blomberg, Beko, Grunding, General Electric, Casper, Brother kimi  dünyanın məşhur brendlərinin geniş məhsul çeşidi müştərilərə təqdim olunub. Əhalinin hər təbəqəsini nəzərə alan "Soliton" mağazasında kiçik və böyük məişət texnikası, kompüter, televizor, audio sistem, foto və videokamera, mobil telefonlar və s. kimi məhsulların həm nağd, həm də kreditlə satışı həyata keçirilir. Müştərilərin məmnuniyyəti ön planda tutularaq çatdırılma və quraşdırılma şirkət tərəfindən pulsuz olaraq həyata keçirilir.