(012) 565 1 565

Yenilənmiş Soliton-28 May mağazasının açılışı!

28 iyun, 2014
12 ildir müştərilərinə ən yüksək səviyyədə xidmət göstərən Soliton-28May mağazası təmirdən sonra qapılarını tam yeni konseptdə müştərilərinə açdı. Tam müasir formada yenilənən mağazanın açılışı böyük sıxlıqla müşayət edildi. 
Açılışda müştərilərlə yanaşı, Soliton şirkətinin rəhbərliyi, Beko şirkətinin Türkiyədəki numayəndələri və Mərkəzi Asiya-Türk dövlətləri və Afrika  üzrə satış direktoru da iştirak etdi.  Açılış lentindən sonra müştərilərlə birgə tort kəsildi.

 
28 May küçəsi 72 ünvanında yerləşən mağazada Blomberg, Beko, Grunding, LG, Casper, Brother, Toshiba, Sony, Dell, Acer, Fujitsu, Samsung, Nokia, Blackberry, Apple, Fly kimi dünyanın məşhur brendlərinin, eyni zamanda, elektronika məhsulları, mətbəx avadanlıqları, audio sistemlərinin və s. geniş məhsul çeşidləri müştərilərə təqdim olunub.  Soliton mağazasında  həm nağd, həm də 18 ayadək kreditlə satış həyata keçirilir. Çatdırılma və quraşdırılma şirkət tərəfindən pulsuz həyata keçirilir.

Mağazanın təmirdən sonra yeni konseptli təqdimatı ilə əlaqədar olaraq məişət texnikası və elektronika, kiçik ev alətlərinə inanılmaz endirimlər edildi. Müştərilər 1 günlük xüsusi qiymətə satış kampaniyasından yararlandılar.